Vahid Əhmədov növbəti dəfə Quba şəhərində seçiciləri ilə görüşmüşdü - FOTO

Vahid Əhmədov növbəti dəfə Quba şəhərində seçiciləri ilə görüşmüşdü - FOTO

Millət vəkili Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşmüşdür.

Moderator.az xəbər verir ki, seçicilərin böyük aktivliyi ilə keçən görüşdə millət vəkili sakinləri maraqlandıran və Milli Məclisdə müzakirə olunan məsələlər barəsində məlumatlandıraraq, onların çoxsaylı suallarını cavablandırmışdır. Deputatın Milli Məclisdəki fəakiyyətindən məmnunluq ifadə edilmiş, əhalini nərahat edən məsələləri qabardılaraq həlli üçün konkret təkliflər verdiyinə görə minnətdarlıq edilmişdir. Görüşdən sonra köməkçi tərəfindən qəbul üçün qeydiyyata alınmış 63 nəfər Quba və qonşu rayonlardan gəlmiş vətəndaşlar onları istəyi nəzərə alınmaqla təkbətək qəbul edilmişlər.İşədüzəlmə, ev tikintisi üçün torpaqların verilməsi, sosıal yardımların təyini, təhsil haqlarının ödənilməsində yaranan problemlər, maliyyə və tikinti mateialları ilə yardımlar, kəndlərdəki su, yol və işıq problemləri, Qarabağ müharibəsı əlillərinə diqqətin artırılması və bu kimi məsələlər araşdırma mövzuları olmuşdur. Operativ həlli mümkün olan məsələlərlə bağlı yerindəcə tədbirlər görülmüş, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülərək, həll varianları haqqında qərarlar qəbul edilmişdir.

Qəbuldan sonra millət vəkili Quba rayon ictimaiyyəti və Bakıdan gəlmiş tanınmış ziyalıların iştirakı ilə təşkil olunan tədbirdə - əslən Qubalı olan dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 illiyinə həsr olunmuş yığıncaqda iştirak etmiş, öz təbrikini və ürək sözlərini söyləmişdir.

Növbəti qəbul yeni il qabağı dekabrın sonlarında Quba şəhərində yerləşən ofisində keçiriləcəkdir.

 

 

 

 

 

Mənbə: moderator.az