“Kupça” almaq asanlaşıb” - QHT Saatlıda tədbir keçirirb

“Kupça” almaq asanlaşıb” - QHT Saatlıda tədbir keçirirb

“Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Saatlı rayonunda “İctimai iştirakçılığın təşviqi” mövzusunda dəyirmi masa keçirib.

Cebhe.info xəbər verir ki, Azərbaycan Respublikasını Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə layihənin rəhbəri Kərim Əhmədov açaraq layihənin məqsədləri haqqında məlumat verib. Son vaxtlar keçirilən iqtisadi və kadr islahatlarına diqqəti çəkən, bir sıra proseslərdə ictimai nəzarətin formalaşmasının zəruriliyindən danışan Kərim Əhmədov dövlət səviyyəsində bu məsələyə diqqət yetirildiyini vurğulayıb.

Daha sonra çıxış edən layihənin eksperti Şaban Nəsirov bildirib ki, ölkədə neqativ halların aradan qalxması üçün ictimai nəzarətin formalaşması zəruridir. O, son zamanlar atılan iqtisadi islahatların təqdirəlayiq olduğunu deyib:

“Atılan optimalaşdırma tədbirləri zamanı bir sıra nazirliklər birləşdirildi ki, bu da birbaşa dövlət büdcəsinə qənaət deməkdir. Vergi sistemində aparılan islahatlar zamanı burada olan bir sıra neqativ hallar aradan qalxıb. Bu da sahibkarların fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması deməkdir. Sadəcə vergini ödəməklə hansısa sahə ilə qanuni şərtlərlə məşğul olmaq mümkündür”.

Şaban Nəsirov aparılan islahatlar sayəsində daşınmaz əmlak üçün sənədlərin aldə edilməsinin asanlaşdığını dedi:

“Daha əvvəl rast gəlinən bürokratik əngəllər artıq aradan qalxıb. Tələb olunan rüsumun ödənilməsi ilə topraq üçün “çıxarış” asanlıqla əldə etmək olur. Çox güman ki, bu evlərin sənədləşdirilməsində də tətbiq olunacaq”.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. İctimai iştirakçılığın təmin olunması üçün vətəndaşların ölkədə keçirilən seçkilərdə fəal iştirak etməsinin vacibliyindən danışılıb.

 

 

Mənbə: cebhe.info