DİN Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

DİN Bakıda bir ailənin 4 üzvünün öldüyü yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 17-də saat 11 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində paytaxt sakinləri - H.HümbətovV.Dadaşovun idarə etdikləri “VAZ-2105” və “BMW” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişinlərindən qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: report.az