Cinsiyyəti bilinməyən məxluqa çevrilmək üçün - 50 min dollar və 100-dən çox əməliyyat - FOTO

Cinsiyyəti bilinməyən məxluqa çevrilmək üçün - 50 min dollar və 100-dən çox əməliyyat - FOTO

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindən olan 26 yaşlı model və makiyaj ustası Vinni Ohh özünü cinsi bilinməyən yadplanetliyə çevirmək üçün 50 min dollar xərcləyərək 100-dən çox əməliyyat keçirib.

BiG.AZ-ın mirfactov.com-a istinadən verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.

Əməliyyatlar nəticəsində oğlanın hazırda cinsiyyət orqanları, sinəsi və göbəyi yoxdur. O, alnını düzləşdirib, qulaq, burun, göz qapaqlarının forasını dəyişib, bir çox implantasiya həyata keçirib.

Vinni bütün bədənində 35 lazer proseduru, yanaqlarında 12 doldurma əməliyyatı, qaşlar üçün 2, dodaqlar üçün 15, qırışlar üçün 10 əməliyyat, 5 botoks seansı, 5 burun proseduru, gözlərinin altında 1 botoks, üz üçün 5 pilinq, dərini qurudub dartan 20 krio-üz dondurması proseduru keçirib.

17 yaşından özünü cəmiyyətdən tədric olunmuş hiss edən Vinni nəhayət sosial normalara zidd gedərək, "cinsiyyətsiz şəxsiyyətini" üzə çıxarmaq qərarına gəlib.

Onun "İnstagram" səhifəsində 66 minə yaxın izləyici var.

Yad planetlilərə marağı olan Vinni onlara oxşamaq üçün qara linzadan istifadə edir.

Natəvan Baxşiyeva

Mənbə: big.az