Küçədən tapdığı şikəst iti uşaq arabası ilə gəzdirir - İBRƏTAMİZ...

Küçədən tapdığı şikəst iti uşaq arabası ilə gəzdirir - İBRƏTAMİZ...

Türkiyənin Bursa vilayətində yaşayan Banu Baltaçı adlı qadın küçədən tapdığı və "Bıdıq" adı verdiyi şikəst iti hər gün uşaq arabasına qoyaraq gəzdirir. İtin bayırda olarkən çox xoşbəxt olduğunu söyləyən qadın “Məni uşaq arabası ilə görənlər dəli hesab edirlər" deyib.

Moderator.az xəbər verir ki, heyvansevər Banu Baltaçı 5 ay əvvəl küçədə gördüyü və köməyə möhtac olan iti evinə aparıb. Bundan sonra iti baytarın yanına apararaq xəstə olduğunu öyrənib.

İti qucağında gəzdirə bilmədiyini üçün çarəni uşaq arabasında tapdığını söyləyən Baltaçı "Yeriyə bilmədiyi üçün onu evə həbs etməyin bir mənası yoxdur. Məni tanımayan insanların bəzisi uşaq arabası ilə gördükləri zaman gülərək "Görəsən bu qadın dəlidir?" deyirlər. Yanımdan keçərkən bunları söyləyən insanlara itin şikəst olduğunu deyirəm" deyib.

Kamran

Mənbə: moderator.az