Təyyarədə uçuş qaydaları barədə olan bu QISA ÇARX hər kəsi HEYRAN ETDİ - VİDEO

Təyyarədə uçuş qaydaları barədə olan bu QISA ÇARX hər kəsi HEYRAN ETDİ - VİDEO

Hamımız uşaqlıqdan cizgi filmlərini sevirirk. Müasir cizgi filmlərinə tək uşaqlar yox, elə böyüklər də maraqla baxır.

BiG.AZ-ın tlum.ru-ya istinadən verdiyi xəbərə görə, Tayvanın "Starlux Airline" aviaşirkəti təyyarədə uçuş qaydaları barədə çox maraqlı və olduqca faydalı qısametrajlı cizgi filmi hazırlayıb.

"Ulduz səyahətçiləri" ("StarWonderers") adlanan 4,5 dəqiqəlik çarxı hazırlayan aviaşirkət 2020-ci ilin yanvarından fəaliyyət göstərəcək, lakin artıq indidən müştərilərə qarşı bənzərsiz münasibətlilə sevindirir.

Cizgi filmində baş verənlər təhlükəsizlik təlimindən çox, elmi-fantastik cizgi filminin treylerini xatırladır. Burada bütün qaydalar insanlarla yanaşı, yadplanetlilər vasitəsilə çox sadə dildə izah edilir.

Personajlar hər kəs tərəfindən o qədər bəyənilib ki, şirkət onları gələcəkdə markanın maskotları kimi istifadə etməyi düşünür.

Həmin video YouTube kanalında cəmi bir həftəyə bir milyondan çox baxış sayı və 47 min "like" toplayıb.

Natəvan Baxşiyeva

Mənbə: big.az