İsveç miqrantlara gəldikləri yerə geri dönmələri üçün 34 min dollar ödəməyə hazırdır!
İsveç hökuməti geriyə miqrasiya üçün ödənişləri 35 dəfə artırmaq niyyətindədir. İndi bu məbləğ adambaşına 935 dollardır. 2026-cı ildə onu 34.000 dollar həcminə qaldırmaq istəyirlər.
İsveç qaynaqları xəbər verir ki, 2023-cü ilin ortalarına olan məlumata görə, ümumi əhalisi 10,6 milyon nəfər olan ölkədə 250 min qaçqın yaşayır.
Ancaq bu, yalnız rəsmi məlumatdır. Qeydə düşməyən çox sayda miqrantların olduğu da faktdır.
Mənbə: www.musavat.com