Çin, Amerika və Avropa alimləri sübut ediblər ki, koronavirus Uhandakı dəniz məhsulları bazarından bütün Çinə, sonra isə dünyaya yayılmağa başlayıb.
Bu barədə "Cell" elmi jurnalında dərc olunan məqalədə deyilir.
Mütəxəssislər 2019-cu ilin sonu - 2020-ci ilin əvvəlində Uhan bazarında toplanan və yoluxma mənbəyi məməlilər - civets, bambuk siçovulları və yenot itləri olan bir çox koronavirus genom fraqmentlərinin strukturunu tədqiq ediblər. Məlum olub ki, onlar həqiqətən də yoluxublar və COVID-19-un ilk hallarının qeydə alındığı bazarın qərb hissəsində qeyri-qanuni şəkildə satılıblar.
2024-cü ilin payızının başlaması ilə koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət yenidən pisləşməyə başlayıb. İsti aylarda nisbi sakitlikdən sonra, FLiRT virusunun yeni subvariantına görə COVID-19 hadisələri yenidən artmağa başlayıb.
Hüseyn İbadlı
Mənbə: publika.az