İsmayıllıda Beynəlxalq Əlillər Günü münasibətilə nərd yarışı keçirilib

İsmayıllıda Beynəlxalq Əlillər Günü münasibətilə nərd yarışı keçirilib

İsmayıllı, 2 dekabr, AZƏRTAC

İsmayıllıda rayon icra hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının, DSMF rayon şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin iştirakı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş nərd yarışı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışlarda 40 nəfər əlil iştirak edib. Maraqlı keçən yarışın yekununda II qrup əlil, Əməkdar müəllim Şəfaqət Rəsulov birinci, paralimpiyaçı, I qrup əlil Şakir Ömərov ikinci və Qarabağ müharibəsi əlili Azər Kərimov üçüncü yeri tutublar.

Mənbə: azertag.az