Naxçıvanda qeydiyyatda olanların nəzərinə! - Şəxsiyyət vəsiqələri üçün dekabrın 10-dək müraciət edə bilərlər

Naxçıvanda qeydiyyatda olanların nəzərinə! - Şəxsiyyət vəsiqələri üçün dekabrın 10-dək müraciət edə bilərlər

Naxçıvanda qeydiyyatda olub, Bakıda və ölkəmizin digər bölgələrində yaşayan sakinlər şəxsiyyət vəsiqəsi almaq üçün dekabrın 10-dək Muxtar Respublikanın paytaxtdakı nümayəndəliyinə müraciət edə bilərlər.

Atv.az-a verilən məlumata görə noyabrın 15-dən start verilən proses çərçivəsində artıq1500-ə yaxın vətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilib. Qeyd edək ki, bunun üçün Muxtar Respublikasının Daimi Nümayəndəliyində Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları fəaliyyət göstərir. Daimi nümayəndəlikdən verilən məlumata görə, Naxçıvanda qeydiyyatda olan şəxslərin işini asanlaşdıran layihə gələn il də davam etdiriləcək.

ATV.az

Mənbə: www.atv.az