Rus qızlarının sirri üzə çıxdı: toydan sonra...

Rus qızlarının sirri üzə çıxdı: toydan sonra...

Çinli jurnalist rusiyalı qadınların çinlilərlə müqayisədə tez qocalma səbəbini özünəməxsus şəkildə izah edib.

Jurnalist "Sohu" qəzetinə müsahibəsində bildirib ki, rusiyalı xanımlar ailə qurduqdan sonra vaxtlarının əksər hissəsini ailəyə həsr edir ki, bu da erkən yaşlanmaya gətirib çıxarır:

"Görkəminə fikir verməyən xanımlara məsləhət görərdim ki, toydan sonra da gözəlliklərini qoruyub-saxlamağa diqqət yetirsinlər. Burada digər faktor genetika amilidir. Rusiyalı qızlar ağdərili və hündürboylu olurlar. Lakin zamanla onlar çəki aldıqca bu faktorlar yaşlanmanın qarşısını ala bilmir".

Jurnalistin sözlərinə görə, rusiyalı xanımlar soyuq havaya görə kalorili yeməklərlə qidalanmağa üstünlük verirlər:

"Onlar ət və şəkərdən çox istifadə edirlər. Lakin əgər ailə qurduqdan sonra özlərinə qulluq etsələr, gec yaşlana bilərlər. İdman da istisna deyil. İdmanla müntəzəm məşğul olanlar sağlam həyat obrazı haqqında daha çox bilirlər".

///publika.az

 

 

Mənbə: sonxeber.az