Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən ukraynalı azyaşlıların sosial reabilitasiyası başa çatıb. Bu barədə AzVision.az -a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki,15 günlük sosial reabilitasiya proqramı çərçivəsində mütəxəssislər tərəfindən azyaşlılar üçün emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsi məqsədilə mütəxəssislərin iştirakı ilə müxtəlif tədbirlər, fərdi konsultasiyalar, ekskursiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, həmçinin digər ustad dərsləri təşkil edilib.
Mənbə: azvision.az