Gənc rejissorun ÖLÜM SƏBƏBİ

Gənc rejissorun ÖLÜM SƏBƏBİ <span class="qirmizi"></span>

Zaqatala şəhərindəki Heydər Əliyev mərkəzinin gənc rejissoru və "NN-Group"un rəhbəri Namiq Kərimov qəflətən vəfat edib. Onun qəfil ölümü rayonda hamını sarsıdıb.

Bu barədə məlumatı Bizim.Media-ya verən Zaqataladan olan tarix müəllimi Xalidə Şabanova verib.

Onun sözlərinə görə, 36 yaşında beyninə qansızmadan vəfat edən Namiq Kərimov rayonda bütün şəhid dəfnlərini təmənnasız videolentə alırdı və o, şəhidlər haqda bütün sənədli filmlərin çəkilişində iştirak edib. Ötən gün son çəklişi Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Şıxəmir Qaflanov barədə film çəkilişində iştirak etmişdi. Vətənpərvər və nikbin insan olan Namiq Kərimov 2 uşaq atası idi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Mənbə: bizim.media