COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı<span class="qirmizi"></span>

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Milli.Az bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il noyabrın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il sentyabrın 1-dək müəyyən edilmişdi.

Milli.Az

Mənbə: news.milli.az