Hər il dünyada milyonlarla qız ayrı-seçkiliklə mübarizə aparır, zorakılıqla üzləşir, təhsil və sağlamlıq hüququ kimi bir çox əsas hüquqlardan istifadə edə bilmirlər. Dünyada 15-19 yaş qrupunda olan hər dörd qızdan biri təhsildən kənardır. 10 milyona yaxın qız gənc yaşda məcburi ərə verilmə riski altındadır. Cinsi zorakılığa məruz qalan uşaqların 72%-i qızlardır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə 2011-ci ildən bəri qızların üzləşdiyi ayrı-seçkiliyə diqqət çəkmək üçün 11 oktyabr Beynəlxalq Qız Uşaqları Günü qeyd edilir.
Bakupost.az xəbər verir ki, Beynəlxalq Qız Uşaqları Gününün builki mövzusu “İndi bizim zamanımızdır, hüquqlarımız gələcəyimizdir”.
BMT-nin məlumatına görə, dünyada 15-19 yaş qrupunda hər dörd qızdan biri məktəbə getmir, işləmir və heç bir təhsil almır.
Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) məzunları arasında qadınların faizi ölkələrin üçdə ikisindən çoxunda 15 faizdən aşağıdır.
Az inkişaf etmiş ölkələrin ibtidai məktəblərində qız tualetinin olmaması və məktəblərin üçdə ikisində elektrik enerjisinin olmaması qızların məktəbə gedə bilməməsi qarşısında iki əsas maneədir.
Cinsi zorakılığa məruz qalan uşaqların 72%-i qızlardır.
Qlobal internet istifadəçiləri arasında gender fərqi artır. 2013-cü ildə yüzdə 11 olan bu nisbət 2019-cu ildə yüzdə 17-yə yüksəlib. Dünyanın ən az inkişaf etmiş ölkələrində bu göstərici 43 faizdir.
Əfqanıstanda Talibanın bütün təzyiqlərinə baxmayaraq, qızların öyrənməyə həvəsi azalmayıb. Qızlar Talibana müqavimət göstərən qadınların rəhbərliyi altında gizli şəkildə təhsil almağa davam edirlər.
Günel
BakuPost
Mənbə: www.bakupost.az