Cəlilabadda baş verən yol qəzasında yeniyetmə qız xəsarət alıb

Cəlilabadda baş verən yol qəzasında yeniyetmə qız xəsarət alıb

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, avtoqəza nəticəsində rayon sakini, 2004-cü il təvəllüdlü Quliyeva Rüqəyya Rövşən qızı xəsarət alıb.

Yaralı müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az