DİM-də növbəti SAT imtahanları keçirilir

DİM-də növbəti SAT imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları keçirilir.

DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayıb. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür.

Mənbə: azvision.az