Tanınmış vəkil təlim keçəcək – “Dik durmağı və başı aşağı gəzməməyi öyrətməyə çalışacam”

Tanınmış vəkil təlim keçəcək –     “Dik durmağı və başı aşağı gəzməməyi öyrətməyə çalışacam”

Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov təlimlər təşkil edəcəyini açıqlayıb.

Pravda.az-ın xəbərinə görə, A.İsmayılov təcrübəsini bölüşməklə bağlı müraciətlər aldığını bildirib.

“Həmkarlarım irad tuturlar ki, niyə təcrübəmi və bildiklərimi gənclərə öyrətmirəm. Cavabım bu olur ki, nə vaxt istədiniz, “yox” dedim. İki tərəfin də haqlı olmasını fikirləşib, qərara aldım ki, öyrənmək istəyən vəkillər üçün təlimlər təşkil edim, bəri başdan deyim ki, təlimlər ödənişli olacaq. Dostlar soruşur ki, nə öyrədəcəm? Mən savad verməyi düşünmürəm, güman edirəm ki, Vəkillər Kollegiyası buna təminat verir. Sadəcə, dik durmağı və başı aşağı gəzməməyi öyrətməyə çalışacam” – vəkil qeyd edib.

Mənbə: pravda.az