Bunun üçün başı silkələmək lazım deyil! – Alimlərdən XƏBƏRDARLIQ

Bunun üçün başı silkələmək lazım deyil! – Alimlərdən XƏBƏRDARLIQ

Yəqin ki, duş, vanna qəbul edəndən sonra qulağa dolan suyu təmizləmək məqsədilə başı tərpətmək, silkələmək adəti çoxlarında var. Amma alimlər hesab edir ki, bu, təhlükə yarada bilər.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Cornell Universiteti və Virciniya Politexnik İnstitutunun bir qrup mütəxəssisi tərəfindən aparılmış tədqiqata görə, vannadan sonra qulaqda qalmış suyun səthi gərginliyini aradan qaldırmaq və onun qulaqdan axmağa məcbur etmək üçün başı sürətlə silkələmək olmaz.

Alimlər təcrübə üçün müxtəlif diametrli şüşə borulardan və bu prosesi imitasiya edən üçölçülü modellərindən istifadə edərək eksperimentlər keçiriblər.

Nəticədə, tədqiqatçılar qulağın sudan effektiv azad edilməsi üçün lazım olan sürətin eşitmə kanalının diametrindən asılı olduğu qənaətinə gəldilər. Məsələn, uşağın eşitmə kanalı dar olduğuna görə, bu rəqəm sərbəst düşmə təcilini on dəfə üstələməlidir. Belə bir sürətlə başı silkələyəndə beyin zədələnməsi riski çox yüksək sayılır.

Eşitmə kanalına yığılan su damlalarının səthi gərginliyinin gücünü aradan qaldırmaq üçün başı silkələməyə ehtiyac yoxdur. Qulağa bir neçə damcı spirt və ya sirkə tökülsə, sıxılmış su eşitmə kanalını təhlükəsiz tərk edər.

Milli.Az

Mənbə: news.milli.az