Hansı vərdiş infarktdan qoruyur?

Hansı vərdiş infarktdan qoruyur?

Ac qalmaq ömrü uzatmağın yollarından biridir. Dövri olaraq yeməkdən imtina yalnız artıq çəkidən xilas olmağa deyil, ürək çatışmazlığı riskini azaltmağa da kömək edir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ Ürək Assosiasiyasının alimləri apardıqları araşdırmadan sonra belə qənaətə gəliblər ki, müntəzəm olaraq ac qalmaq ömrü uzadır.

Mütəxəssislər təxminən iki min insanın iştirak etdiyi bir araşdırma aparıblar. Onların hamısı ürək kateterizasiyasından (ürək və arteriyanın rentgen müayinəsi) keçib və dörd ildən çox həkimlər tərəfindən müşahidə ediliblər. 389 xəstənin mütəmadi olaraq ac qaldığı ortaya çıxıb və həkimlər onların arasında müayinə olunanlarda ölüm nisbətinin qalan hissəyə nisbətən 45% aşağı olduğunu qeyd ediblər.

Tədqiqatçılar ac qalmağın müsbət təsirinin gözlənildiyindən də daha çox olduğunu bildiriblər. Hesab olunur ki, bir müddət yeməkdən imtina etməyin ürək fəaliyyətinə müsbət təsiri çox böyükdür. Aclıq keçirən insanlarda infarkt keçirmə ehtimalı 71% azdır.

Milli.Az

Mənbə: news.milli.az