Bibiheybət yolundan son məlumat - VİDEO

Bibiheybət yolundan son məlumat - VİDEO

Son günlər intensiv yağışın yağması paytaxtımızın bir çox ərazisində sürüşmə zonaları üçün təhlükə yaradıb. Biz də bu məqsədlə də Bakının sürüşmə ərazilərindən biri olan Bibiheybət yolunda baş verən sürüşmə ərazisinə baş çəkdik.

Baş verən sürüşmənin səbəbləri kimi Bakının Xəzər dənizi sahilində yerləşməsi, tektonik hərəkətlər, ərazinin bəzi sahələrinin normadan artıq yüklənməsi, son illərdə çox kəskin sürətlə artmaqda olan antropogen amillər göstərilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinindən verilən məlumatda bildirilir ki, Bibiheybətdə sürüşmə yox, uçqun baş verib, uçqun baş verən yamacda sürüşmənin heç bir təzahürlərinə rast gəlinməyib. Məlumatda həmçinin bildirilir ki, araşdırmalar nəticəsində əarzidə aşınma və erroziya izlərinə rast gəlinib ki, bunun da ekzogen prosesə, yəni sürüşməyə aidiyyəti yoxdur. Hazırda yolun uçan hissəsində hazırlıq işləri gedir.

Qeyd edək ki, ərazidən hərəkət edən 5 nömrəli müntəzəm marşrut avtobuslarının da hərəkət sxemində dəyişiklik olub, bu dəyişiklik yol bərpa olunananadək davam edəcək.
Xatırladaq ki, noyabrın 24-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığından keçən hissəsində torpaq uçqunu nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması səbəbindən yol çöküb. Yolun aşağı hissəsində yerləşən Buxta 3 küçəsinin təxminən 400 metrlik hisəsi torpaq dağıntıları altında qalıb.

Mənbə: www.realtv.az