Hansı rayonlarda subasma olub? - “Azərsu” rəsmisi problemin səbəblərini açıqladı

Hansı rayonlarda subasma olub? - “Azərsu” rəsmisi problemin səbəblərini açıqladı

Dünən gecədən paytaxtda müşahidə olunan intensiv yağış bəzi küçə və prospektlərdə, Bakıətrafı ərazilərdə subasma halları ilə müşahidə olunub.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Atv.az-a açıqlamasında bildirdi ki, yağışdan sonra qurumun zəng mərkəzinə ən çox Sabunçu, Biləcəri, Binəqədi qəsəbəsindən çoxsaylı müraciət daxil olub. Həmin ərazilərdə isə nəinki yağış sularının, heç kanalizasiya sularının axıdılması üçün infrastruktur mövcud deyil. Amma paytaxtda daşıyıcı xətlər tam işlək vəziyyətdə olub və ciddi fəsad müşahidə olunmayıb. Qrum rəsmisi onu da əlavə etdi ki, indi paytaxt küçələrinin cəmi 15% də yağış barmaqlıqları mövcuddur. Yağış şəhərə normadan artıq düşdükdə, suyun yola çıxması müşahidə olunur.

ATV.az

Mənbə: www.atv.az