Əməliyyatlarını uğurla həyata keçirən saxta həkim - FOTO

Əməliyyatlarını uğurla həyata keçirən saxta həkim - FOTO

Heç vaxt tibb təhsili almayan həkim həbs olunub.

BiG.AZ məlumat verir ki, 28 yaşlı cənab Ronald Kiprotich Melly 21 yaşı olarkən saxta yolla Keniyada bir xəstəxanaya həkim kimi işə düzəlib. İşlədiyi 6 ay ərzində 13 əməliyyat edib və hamısı uğurlu alınıb. Həbs olunanda verdiyi ifadədə : "Həkim olmaq uşaqlıq arzum idi. Oxumağa imkanım olmayıb. Fəhlə kimi tikintidə işləyirdim , boş vaxtlarımda tibbi kitablar oxuyurdum. Peşman deyiləm, 13 həyat qurtarmışam " açıqlamasını verib.

Ona qarşı irəli sürülən dörd ittihamda-sənədlərin saxtalaşdırılması, qeydiyyatdan keçməməsi, lisenziyasına baxmaması və baş həkimin adından istifadə etməsinə görə “tibb işçisi” günahkar bilinib.

Lamiyə Məmmədova

Mənbə: big.az