Moisey Kalankatuklu və onun “Albaniya tarixi”

Moisey Kalankatuklu və onun “Albaniya tarixi”

O, insanı həyatımda bircə dəfə gördüm, amma əməlləri ilə hər gün qarşılaşıram.

O insan görkəmli akademikimiz Ziya Bünyadovdur. Ziya Bünyadov Orta əsrlər tarixini araşdıran tarixçilərimizdən biridir. Deyəcəksiniz ki, niyə bəs məqalənin adı Moisey Kalan- katukludur. Çünki, Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabını Azərbaycan dilinə tərcümə edib xalqımıza çatdıran məhz Ziya Bünyadovdur.

 

Ziya Bünyadova qədər kitab bir neçə dəfə erməni, həmçinin rus və xarici dillərdə Moisey Kalankatuklunun müəllifliyi ilə nəşr olunmuşdur. Bu boşluqdan yararlanan yenə ermənilər olmuşdur.

“Albaniya tarixi”nin tərtib edildiyi təxmini vaxtı göstərən ilk tarixçi Anili Mxitar olmuşdur. O, “Albaniya tarixi”nin VII- VIII əsr arasında yazıldığını qeyd edir. Əsərin müəllifi haqqında da təzadlı fikirlər irəli sürülmüşdür. Bu barədə fikirlər əsas etibarı

ilə “Tarix”in öz mətninə əsaslanır; orada deyilir: “Uti vilayətində yerləşən ana yurdum olan böyuk Kalankatuk kəndi”. Amma yenə də ziddiyyəli fikirlər qalmaqdadır. Bunun da səbəbi əsərin məzmunu VII əsrdə başlayaraq X əsrda bitməsidir. Eyni adam bu qədər yaşaya bilmədiyini nəzərə alsaq yenə də mənbələrə müraciət etməli oluruq. Bir qayda olaraq, “Albaniya tarixi” nin müəllifliyi iki Moiseyə- Moisey Kalankatuklu və Moisey Dasxuranlıya istinad edilir. Lakin bu məsələ indiyədək həll edilməmişdir.

İlk dəfə Kalankatuklunu “Tarix”in müəllifi adlandıran Ayrivanklı Mxitar olmuşdur. Həm Mxitar, həm də ondan sonra gələn müəlliflər Kalankatuklunu hər üç kitabın müəllifi hesab edirlər.

“Tarix”in ən qədim əlyazması 1279-cu ilə aiddir. Mxitar Qoşun şagirdi Vanakan bu ikinci Moiseyin təxəllüsü məsələsini aydınlaşdırır. O, “Albaniya tarixçisi kimdir? Sualına cavab verərək deyir: “Moiseydir, özü də Dasxuran kəndindəndir”. Mxitar Qoş yazır ki, “Tarix”in müəllifi Dasxuranlı Moiseydir və o, “Alban sülaləsi haqqında mükəmməl hesa- bat yazmışdır”. Mxitar Qoşun başqa şagirdi Gəncəli Kirakos Moisey Kalankatuklunu X əsr müəllifi hesab edir.

T. İ. Ter-Qriqoryan qeyd edir ki, Moisey Kalankatuklunun əsəri öz əvəlki şəklində bizə gəlib çatmamışdır və onun üzünü köçürənlər erməni rahibləri olduqlarına görə əsə- rin üzünü köçürəndə erməni katalikoslarının göstərişi ilə mətndə qəsdən təhriflərə yol vermişlər. T. İ. Ter-Qriqoryan “Albaniya tarixi” əlyazmasında erməni kilsə xadimlərinin münasibətini göstərən maraqlı faktlar gətirir. Məsələn, Üç Müəzzin katalikosu Simeon əlyazmasının kənarlarında bu sözləri yazmışdır: “Yalnız “Albaniya tarixi”ndə buna bütün nüsxələrdə deyil, ancaq bəzi nüsxələrdə rast gəlmək olar- guya Yeliseydən sonra müqəd- dəs Qriqoriyədək Albaniya katalikos kürsüsündə başqa albanlar da oturmuşlar. Lakin bu yalandır və bunlar sonralar öz xeyirlərinə əlavə edilmişdir, çünki digər əlyazmalarda bu yazılar yoxdur.

İ. P. Petruşevski göstərir ki, erməni kilsəsi Albaniyada “ölkəni erməniləşdirmək aləti olmuşdur. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofizit katalikosu İlya xalkedonluq edən Albaniya katalikosu Nersesi (Bakur) ərəb xəlifəsinin köməyi ilə devirmişdi və Albaniyada ruhani- lər və knyazların bir hissəsini, Alban kilsəsinin erməni kilsəsindən qorumaq cəhdini əks etdirən xalkedonçuluq (provaslav) hərəkatı ermənipərəst monofizitlər tərəfindən yatı- rılmışdır”.

Deməli tarixin dərin qatlarında nə qədər işıq üzü görməyi gözləyən faktlarımız və tariximizə sahib çıxmaq istəyən düşmənlərimiz var. Niyə tariximizi araşdırmağa və öyrən- məyə marağımız yoxdur? Günahı kimdədir? Xahiş edirəm günahı gənc nəsildə axtarma- yın.

Allah Ziya bünyadova rəhmət eləsin.

Məqaləni hazırladı:
Xətai rayon M. Nəcəfov adına 86 saylı məktəbin tarix müəllimi- Şıxalıyeva Samirə

Mənbə: rublika.az