Yanğın şəhərlərarası avtobuslara da problem yaratdı

Yanğın şəhərlərarası avtobuslara da problem yaratdı

Bakının Binəqədi rayonu ərazisində “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar Bakı-Sumqayıt və Bakı-Xırdalan marşrut xətləri üzrə avtobusların hərəkətində problem yaranıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Axar.az-a bildirilib ki, yanğın şərərlərarası marşrutların gecikməsinə səbəb olub.

“Hazırda hərəkət qismən təmin olunub”, - məlumatda qeyd edilib.

Mənbə: axar.az