Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…”- VİDEO

Jurnalistlər Milli Qəhrəmanın adı üstündə mübahisə etdilər: “Hətta dostumdan ayrılsa idim…”-     VİDEO

“REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (REAL TV) baş direktoru Mirşahin Ağayev 102 FM tezliyinin Çingiz Mustafayevin adına heç bir aidiyyəti olmadığını bildirib. O, 102 ÇM-də "ÇM" abreviaturasının Milli Qəhrəman Çingiz Mustafayevin adını əks etdirmədiyini, "ÇM"-in Частотная Mодуляция (tezlik modulyasiyası) ifadə etdiyini deyib.

Pravda.az-ın xəbərinə görə, jurnalist Eynulla Fətullayev Mirşahinə cavab olaraq video paylaşaraq yazıb: “Buyurun! Mirşahin Ağayev özü ANS-in efirindən bəyan edir: “Çingiz Mustafayevin adını daşıyan radiostansiya - ANS ÇM-102 FM” Hansı Mirşahin düz danışır? Bu gün danışan və ya ANS-in efirindən bəyan edən?”.

Mirşahin isə E.Fətullayevə belə cavab verib: “Eynulla, bu emosional informasiyadır, hüquqi fakt və rəsmi sənəd deyil. Özümüzün öz aramızda qoyduğumuz addı bu. 102 FM-in adı Çingiz FM olmayıb. ANS ÇM 102 FM olub. Bunu da bayaq izah etdim. 2016-cı ildə ANS ÇM qapanıb və o zaman bu mövzu indiki isterikayla gündəliyə gətirilməyib. Bu gün də olmamalıdır bu. 102 FM müsabiqəyə tezlik kimi çıxarılıb. Çingizin mirası kimi yox ANS TV nin yayımlandığı 31-ci diapazon da tenderə çıxarıldı və o bu gün başqa sahibi ilə efirdədir. ARB 24. Burda kiminsə malından, mülkündən, mülkiyyətindən söhbət getmir. Mədəni ictimaiyyəti dəyanlışa sürükləmək lazım deyildi!”.

E.Fətulayev isə bildirib ki, bu addıma bəraət qazandıra bilmir: “Deyək ki, lap elə belədir. Hörmətli Real TV başqa tezlik götürə bilməzdimi? Axı 27 illik tarixi necə silmək olar? Mən həmişə sizi dəstəkləmişəm, ən ağır günlərdə belə, lakin bu addıma heç cür bəraət qazandıra bilmirəm. Məncə, Real bu iddiadan imtina etməlidir!!! Hətta dostumdan ayrılsa idim, heç zaman ona məxsus olan tezliyə iddi etməzdim. Vicdan əzabı çəkərdim, yaşaya bilməzdim! Bu stansiyanın bağlanmasının əsil səbələrini siz də bilirsiz, hörmətli Mirşahin müəllim. ANS Əli Həsənovun fitnə-fəsadı ilə qapadılmışdı. Və həmin gün, siz şəxsən məndən dəstək istəyirdiniz. Və mən də öz dəstəyimi əsirgəmədim...”

Mirşahin: “Mən belə düşünmürəm, 102 tezliyi məndən ötrü 31 tezliyindən artıq deyil. Həyatımın 25 ilini verdiyim tezlikdən. Yeri gəlmişkən, ANS ÇM bağlananda mən 102 FM-in prezidenti idim, indi də kanala rəhbərlik etməyə haqqım və gücüm çatar! Bəli, mən ANS in bərpası üçün çox çalışdım, səndən də dəstək istədim, doğrudur, amma bu, mənim yazdıqlarımın bir sözünü belə təkzib etmir. 102 rəqəmi sadə bir riyazi şəkildir. Adi. Ona görə də burda ifrat emosionallığa lüzum görmürəm. Əksinə 102-ni udmaqla Çingizin ruhunu şad etmiş olaram, sənin məntiqini inkişaf etdirsəm. Bu qədər”.

Eynulla Fətullayev: “Mirşahin Ağayev, hər dəfə deyiləcəkmi, Çingiz Mustafayev adına Real-radio? Səsləndirəcəksinizmi?”.

Mirşahin: “Eynulla, bizim kanalın adı Radio Realdı. Tenderi qazansaq bu adla da yayımlanacaq. Adətən, yaddan çıxmasın deyə harasa nişan, işarə qoyurlar, bizim yadımızda Çingiz nişansız, işarəsiz də qalacaq”.

Mənbə: pravda.az