Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

Yanan ticarət mərkəzinin sahibi haqda – Maraqlı məlumatlar

Binəqədi ərazisində yerləşən və hazırda yanan "EuroHome” ticarət mərkəzi “AF Holqinq”ə daxildir. 

Yenisabah.az xəbər verir ki, holdinqin rəhbəri Azay Möhnətovdur. Holdinq 1991-ci ildən fəaliyyət göstərir. Holdinq haqqında açıq mənbələrdəki məlumata görə, bura 16 şirkət daxildir: 

1.“AF Bank” - VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur.

2. Everton

3. Uğur 97

4. Muradlı

5. AFSAN Plastik

6. AF Pen

7. AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.

8. AF Business House

9. AF Euro Home

10. Aqua Park Baku

11. AF Hotel Aqua Park

12. Aqua Park Shikhov

13. AF Mall

14. AF Com Plaza

15. AF Com Center

16. AzİnTran

Azay Möhnətova gəlincə, tikinti biznesi ilə məşğul olan iş adamı kimi təqdim edilir. Azay Möhnətov eyni zamanda 

Azərbaycan Memarlar Birliyinin üzvüdür. 

Bu ilin mart ayında media Azay Möhnətovun vergidən yayınması barədə material dərc edib. Həmin yazıda Azay Möhnətovun QHT-lərə Dövlət Dəstəyi Şurasının prezidenti, deputat Azay Quliyevin adından istifadə etməsi iddia edilir. Lakin Azay Möhnətov bu iddianın əsassız olduğunu, ona qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparıldığını bildirib.

Bəzi iddialara görə, Azay Möhnətov “AF Holdinq” kimi iri şirkətlər qrupunu güclü himayədarı olmadan idarə edə bilməz. 

“EuroHome”yə gəlincə, reyestr məlumatlarında bu ticarət mərkəzinin  MMC kimi 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alındığı göstərilir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 306 min 548 manatdır. “EuroHome” ticarət mərkəzinin qanuni təmsilçisi isə Məmmədov Samir Lətif oğludur.  Açıq mənbələrdə onunla bağlı hər hansı məlumat yoxdur.

Mənbə: yenisabah.az