“Siz doğrudanmı Elxan Məmmədovsunuz?” – LYUBA

“Siz doğrudanmı Elxan Məmmədovsunuz?” –   LYUBA

AFFA-nın baş katibi Elxan Məmmədov İctimai Televizayada yayımlanan “3D” verilişinin qonağı olub.

Pravda.az-ın xəbərinə görə, şərti aparıcı Dadaş Dadaşlinskinin katibəsi E.Məmmədova “Siz doğrudanmı Elxan Məmmədovsunuz, AFFA-nın baş katibi?” deyə sual verib.

E.Məmmədov “Bəli” deyərək təsdiq edib. Lyuba isə “İnanmıram, fikirləşirəm, oxşardır” deyib.

E.Məmmədov belə cavab verib: “Bilsəydim, şəxsiyyət vəsiqəmi gətirərdim...”

Lyuba dəqiqləşdirmək üçün E.Məmmədova növbəti sualını ünvanlayıb: “Sonuncu dəfə Azərbaycanın futbol üzrə yığması hansı komandaya qalib gəlib?”.

E.Məmmədov deyib ki, yığma Bəhreynə qarşı oynayıb, qalib gəlib.

Mənbə: pravda.az