Orta Əsrlərin saç ticarəti

Orta Əsrlərin saç ticarəti

Modern dövrə qədər Avropada zadəganların, dövlət adamlarının, hakimlərin və ziyafətlərin rəngli simalarının başlarına geyindikləri pariklər kimin saçından düzəldilib, heç düşündünüzmü? Sonxeber.az-a məsələ ilə bağlı tarixçi alim Əkbər Nəcəf verib.

O, bildirib ki, o dövrdə pariklər kasıb kəndli qadınların saçlarından hazırlanırdı:
"XIX əsrin son illərinə qədər Avropada yoxsul kəndli qadınların gəlir mənbələrindən biri saçları idi. 1880-ci ildə 1 kilo saçın qiyməti 100 frank idi. Bu pul gündəlik xərci 2 peni olan insanlar üçün 3 aylıq dolanışıq mənbəyi deməkdir. Ancaq bu pulun sadəcə cüzi hissəsi saç sahibinin əlinə keçirdi. Kəndli bir qadın satdığı saçının müqabilində bir parça qumaş, bir cüt dəsmal və 2-3 peni pul alırdı.
Avropalı yoxsul qadınların saçı zadəganların başını bəzəyirdi. Kirli, pasaklı saçlar təmizlənir, daranır, parıladılır və müxtəlif formada parik şəklinə gətirilərək satılırdı. 1880-ci ildə Çinli qadınların saçı Avropa bazarına daxil oldu. Ucuz saç qiymətlərin düşməsinə səbəb oldu. Artıq avropalı kəndli qadınların saçı əhəmiyyətini itirdi. 1902-ci ilin Parisində 1 kilo saç 50 franka düşmüşdü.

 

 

Mənbə: sonxeber.az