Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı noyabrın 15-dən başlayan səyyar xidmət dekabr ayının 10-da başa çatıb.
Lent.az xəbər verir ki, 25 gün ərzində Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti yaşayan 2000-dən çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib.
Qeyd edək ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində səyyar xidmət 2020-ci ilin əvvəlində də öz işini davam etdirəcək.
Mənbə: lent.az