"İqtidarı tənqid və təhqir etmirsənsə, ya yaltaqsan, ya mədhiyyəçi..."

"İqtidarı tənqid və təhqir etmirsənsə, ya yaltaqsan, ya mədhiyyəçi..."

Yaxşılıq edən, əl uzadan şəxsə bineyi-qədimdən təşəkkür ediblər. Çətin vəziyyətə düşən, xəstələnən adama kimliyindən asılı olmayaraq mərhəmət göstərmək insanlıqdır və başqa adı da yoxdur. Bu bir həqiqətdir. Amma yaxşılıq edəni bezdirmək, xəstə üçün dua etmək əvəzinə onun ölümünün hansısa siyasi divident gətirəcəyini düşünüb ölümünü böyük səbirsizliklə gözləmək nədir?

Bu hadisə iqtidar - müxalifət mövzusu deyil, amma biz elə bir siyasi situasiyaya gəlib çıxmışıq ki, peyğəmbər belə olsan, iqtidarı tənqid və təhqir etmirsənsə, yaxşı adam deyilsən. Ya yaltaqsan, ya mədhiyyəçi. Bu çox pisdir...

Biz belə radikal insanlardan, radikallığa meyilli müxalif güclərdən, bu ritorikadan sürətlə uzaqlaşmalıyıq.

Sonda bir sual məni düşündürür, cavabını axtarıram. Əgər fond bu addımı atmasaydı

1) Oqtay bəy indi harada idi?

2) Fondu bəyənməyənlər nə danışacaqdı və kimi hədəfə götürəcəkdi? Gedək hamılıqla fikirləşək...

Gülər Əhmədova, Keçmiş millət vəkili

Mənbə: moderator.az