Ata qızının məktəbinə qadın paltarında getdi, səbəbi biləndə, göz yaşlarına boğulacaqsınız-FOTOLAR

Ata qızının məktəbinə qadın paltarında getdi, səbəbi biləndə, göz yaşlarına boğulacaqsınız-FOTOLAR

Kokteyl.az AzadQadin.az-a istinadən xəbər verir ki, üç il əvvəl anasını itirən Luna, atasından, məktəbdə anası kimi gəlməsini istədi.

Daniel Correa, 5 yaşlı qızı Lunanı tək başına böyütməyə çalışan bir atadır. 2016-cı ildə uzun sürən xəstəlikdən sonra sevimli həyat yoldaşı Stella Noletonu itirdi. Bu hadisə ata-balanı məhv etdi, ancaq illər keçdikcə Daniel və Luna bu acını necə aradan qaldırmağı öyrəndilər.

2016-cı ildə Daniel sevimli həyat yoldaşı Stella bu dünya ilə vidalaşarkən bu sözləri söylədi:"Dünyanın ən yaxşı atası olacağımı vəd edirəm. Həyatımın ən yaxşı səkkiz ili üçün sənə təşəkkür edirəm. Səni əbədi sevirəm. "

Danielin həyat yoldaşına vədi yalnız bir söz deyildi. Daniel, sevimli qızı Luna'nın məsuliyyətini tamamilə öz üzərinə götürdü və onu daima dəstəkləyir. Bir müddətdən sonra ata və qızı birlikdə gəzməyə, birlikdə sərgüzəştlərə getməyə və unudulmaz xatirələr toplamağa başladılar.

2019-cu ildə Luna atasından məktəbdəki Analar Günü tədbiri zamanı bir ana kimi rəqs etmək istəməsini və bir gün ana ola biləcəyini soruşdu. Əvvəlcə Daniel nə cavab verəcəyini bilmədi. Anasının gün tədbirinə nənəsi və ya xalasıyla getməyin daha yaxşı olduğunu söylədi. Ancaq Luna tədbirdə atasının yanında olmağa qərar verdi və nəticədə onun təkidi ilə o, tədbirə ən çox istədiyi adamla getməyi bacardı.

33 yaşlı ata paylaşımında belə qeyd etdi: "Luna məktəbdə baş verən tədbir üçün ana olmağımı istəyəndə göz yaşlarını saxlaya bilmədi. Saqqalımı çəhrayi boyamağı və sarı parik taxmağımı istədi ... anasının saçları kimi. "

Braziliyalı bir yeniyetmə İnstaqram hesabında "İnsanlar mühakimə etməzdən əvvəl onların hekayəsini dinləyin" deyərək bu əhvalatı paylaşdı.

Sonnunda isə atanın bu sözlərini əlavə etdi: "Luna, səni sevirəm! Məni 'ana' olaraq görəndə üzündə görünən təbəssüm qiymətsiz idi!"

Mənbə: kokteyl.az