Nəhəng velosiped qəbiristanlığı - FOTO

Nəhəng velosiped qəbiristanlığı - FOTO

Çindən olan fotoqraf Vu Qoyun bu ölkənin şəhərlərindəki velosipedlərə həsr olunmuş "Yerlər yoxdur" əsərlər seriyası ilə məşhurlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, açıq havada qaldığından yavaş-yavaş paslanan velosiped qəbiristanlıqlarının da şəkillərini çəkib.

Çini hələ 50-60 il əvvəl "velosiped krallığı" adlandırıblar. O zamanlar velosipedlər şəhərlilərin həyatının vacib hissəsindən biri olmuşdu: onu toyda və ad günlərində hədiyyə kimi verərdilər.

Təxminən 90-cı illərin ortalarına qədər belə davam edib. O zaman ölkə hökuməti avtomobil sənayesini stimullaşdırmağa başlayıb. Küçələrdə velosipedlərin əvəzinə çoxsaylı avtomobillər peyda olub, Çinin yolları dünyada ən yüklənmiş yollardan birinə çevrilib.

Bu ölkədə velosipedlər 2008-ci il Olimpiadasından əvvəl Pekində xatırlanıb. Hakimiyyət nəhəng kirayə velosiped şəbəkəsi yaradıb. Tədricən digər şəhərlərdə də velosipedlər ortaya çıxıb.

 

Sənayeyə milyardlarla dollar cəlb edilib və 2015-ci ilə qədər nəhəng həddə çatıb. Bir neçə ildən sonra hakimiyyət yenidən velosipedlərə məhdudiyyət qoyub. Tələbat olmayan nəqliyyat vasitəsi kimi velosipedlər qəbiristanlıqlarda saxlanılmağa başlayıb.

Vu Qoyun 2018-ci ildə belə yerlərin fotolarını çəkməyə başlayıb. O, velosiped icarəçisi kimi tanınan demək olar bütün iri şəhərlərə gedib, foto və videolar çəkib, bunun nəticəsində bütün dünyada tanınıb.

İctimaiyyətin etirazı səbəbindən hakimiyyət velosiped icarəsinə olan münasibətini yaxşı tərəfə dəyişib. Zədələnən velosipedlərin emalı təşkil edilib, istifadəyə yararsızların sayı azalıb. 2018-ci illərin sonunda fotoda görünən belə velosiped qəbiristanlıqlarının çoxu yoxa çıxmağa başlayıb.

Milli.Az

Mənbə: news.milli.az