Avstraliyada ŞİDDƏTLİ istilər gözlənilir

Hava proqnozlarına görə, Avstraliya gələn həftə müşahidə tarixindəki ən isti gününü yaşaya bilər, çünki ölkənin qərbindəki şiddətli istilər şərqə doğru keçəcəkdir.

Miq.az bbc-yə istinadən xəbər verir ki, Avstraliyanın Meteorologiya Bürosu bir çox ərazidə havanın istiliyinin 40 ° C-dən yüksək olacağını proqnozlaşdırır. Həmçinin şiddətli istilərin Qərbi Avstraliya və Kvinslend bölgələri üçün yanğın təhlükəsi yaratdığı bildirilib.

Meteoroloq Diana Eadie bildirib ki, növbəti 7 gün ərzində inanılmaz dərəcədə isti bir vəziyyət gözləyirik. Avstraliyanın cənubunda bir sıra bölgələrdə tempraturun ən isti həddə çatması yanğının göstəricisidir.

Günay Arifqızı

Miq.az

ƏVVƏLKİ XƏBƏR

"Sarı jiletlilər" dayanmır: 57-ci həftə...

SONRAKI XƏBƏR

Bu da oldu- Lələtəpəyə bayraq sancan polkovnik şərlənərək həbs edildi.... Təfsilat