"Kosmik xırçıltı" adlı alma 1 il ərzində xarab olmur

"Kosmik xırçıltı" adlı alma 1 il ərzində xarab olmur

ABŞ-da, soyuducuda bir ilə qədər xarab olmadan saxlanılan yeni bir alma növü satışa təqdim edildi.

BBC-in xəbərinə görə, "Kosmik xırçıltı" adı verilən alma, ilk dəfə 1997-ci ildə Vaşinqton Dövlət Universitetində yetişdirilməyə başlandı.

"Sərt, xırçıldayan və sulu" olaraq təsvir edilən almanın bazara çıxarılması, 10 milyon dollara düşdü. Qırmızı almaya, üzərindəki açıq sarı xalların uzaq ulduzlara bənzədilməsi səbəbiylə "Kosmik xırçıltı" adı verildiyi ifadə edildi.

Ağacların məhsul verməsinin 3 il davam etdiyi ifadə edilərkən, Vaşinqton Dövlət Universitetinin icra etdiyi yetişdirmə proqramının idarəçilərindən Qata Evans, soyuducuda 10 ilə 12 aya qədər dadı xarab olmadan saxlanıla biləcəyini söylədi.

Vaşinqtonda 12 milyondan çox "Kosmik xırçıltı" ağacının əkildiyi, ABŞ-ın başqa bölgələrində fermerlərin bu almaları yetişdirməsinə icazə vermədiyi qeyd edildi.

Milli.Az

Mənbə: news.milli.az