Cəlilabadda həkim məntəqəsi istifadəyə verilib - FOTO

Cəlilabadda həkim məntəqəsi istifadəyə verilib - FOTO

Cəlilabad rayonunun Günəşli kəndində müasir səviyyədə yenidən inşa edilən həkim məntəqəsinin açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri,səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər.

Bu ilin əvvəlindən tikintisinə başlanılan, 9 otaqdan ibarət yeni tibb müəssisəsi müasir tibbi ləvazimatlar və avadanlıqla təchiz edilib.

8000 nəfərdən çox vətəndaşa xidmət edəcək məntəqədə ilkin tibbi yardım, peyvəndlərin aparılması və tibbi- profilaktiki tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb.

Yeni səhiyyə ocağının açılış mərasimində çıxış edən Namiq Zeynalov kənd sakinlərini və rayonun səhiyyə işçilərini bu münasibətlə təbrik edib onlara sağlam həyat arzulayıb. RİH başçısı son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, yeni tibb ocağının istifadəyə verilməsinin Prezident İlham Əliyevin regionlarda səhiyyənin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirib.

Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar müasir tibb avadanlığı ilə təchiz edilmiş həkim məntəqəsinin otaqlarını gəzmiş, burada yaradılan şəraitlə yaxından tanış olublar.

 

Mənbə: qafqazinfo.az