“Kasıb oğrunu cəzalandırır, varlı oğrunu buraxırdılar- Ona görə məhv oldular...”

“Kasıb oğrunu cəzalandırır, varlı oğrunu buraxırdılar- Ona görə məhv oldular...”

Bir gün Qüreyş qəbiləsindən olan Fatimə adlı bir zadəgan xanım Məhəmməd peyğəmbər əleyhissəlamın hüzuruna gətirilir. Bu qadın oğurluq etmişdi və cəzasını almalı idi. Lakin qüreyşilər Peyğəmbərin(s) sevimli səahabəsi Usama vasitəsi ilə Fatiməni cəzadan xilas etməyə çalışırdılar. Qadının öz qəbiləsindən olmasına baxmayaraq müsəlmanların ədalətli bir hökmdən yayınmaq üçün belə bir cəhdi Peyğəmbəri (s.a.v) çox hiddətləndirdi. Və o buyurdu:

“Ey insanlar! Keçmiş xalqların hansı səbəbdən doğru yoldan uzaqlaşıb məhv olduğunu bilirsinizmi? Çünki aralarından zadəgan, adlı-sanlı və ya varlı biri oğurluq edirdisə, sərbəst buraxılır, yoxsulun, adsız-sansız kasıbın biri isə nəsə oğurlayan kimi dərhal cəzalandırılırdı. Uca Allaha and içirəm ki, əgər belə bir pis əməl bu qadının tərəfindən yox, öz qızım Fatimə tərəfindən edilsə də, mütləq onun əlini kəsərdim..."

P.S. Hələ 2000-ci illərin əvvəlində bir dəfə yazmışdıq: “Böyük oğurluq - siyasətdir, kiçik oğurluq – cinayət...”

Sultan Laçın

Mənbə: moderator.az