Ürək-damar cərrahı Anar Əmrah dünyamiqyaslı konfransda iştirak edib

Ürək-damar cərrahı Anar Əmrah dünyamiqyaslı konfransda iştirak edib

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Ürək-damar cərrahiyyəsi” şöbəsinin müdiri, ürək-damar cərrahı Anar ƏMRAH dünyamiqyaslı konfransda iştirak edib.

Open.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində “ABŞ-ın Ürək Cəmiyyəti”nin təşkilatçılığı ilə keçirilən konfransa 48 ölkədən 340 mütəxəssis qatılıb.

Qeyd edilməlidir ki, ürəyin işemik xəstəliyi və miokard infarkt dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəliklərdir. Bu səbəbdən konfransda dünyanın aparıcı mütəxəssisləri, ekspert və alimləri bu xəstəliklərlə (Aorto-koronar şuntlama (AKŞ) – “by-pass”) bağlı mövzularda məruzələr edib və müzakirə aparıblar.

Eyni zamanda ürək-damar cərrahları Anar ƏMRAH və Eldar VƏLİYEV Nyu-York şəhərində yerləşən Mount Sinai Xəstəxanasının Ürək mərkəzində on gün boyunca əməliyyatlarda iştirak ediblər.

RMDM-in həkimləri ənənəvi olaraq, səhiyyədə son yenilikləri təqib edir və əhalinin sağlamlığının keşiyində dayanmaqdan qürur duyurlar.

Mənbə: open.az