Adına tez-tez rast gəldiyimiz xolestrin yaxşı və pis olmaqla iki növə ayrılır. Yaxşı xolestrin, yəni HDL sağlamlıq üçün vacibdir. Pis xolestrin, yəni LDL isə sağlamlıq üçün təhlükəlidir, damarların tutulmasına, bununla da ürəktutmaya qədər gətirib çıxara bilər.
Qidalanma, fiziki aktivlik və genetik faktorlar xolestrin səviyyələrini təsir edir. Sağlam qida vərdişləri, müntəzəm idman və müvafiq yuxu xolestrin səviyyələrini tənzimləməyə kömək edir. Xolestrinin izlənilməsi və tənzimlənməsi, ümumi sağlamlığın qorunmasında önəmli bir addımdır.
Xarici mətbuata istinadla xəbər verilir ki, gec yatmaq xolestrin səviyyəsinə təsir edir.
Yuxusuzluq və qeyri-kafi yux, maddələr mübadiləsinə təsir edə və xolestrin səviyyələrinin dəyişməsinə səbəb ola bilər. Araşdırmalar göstərir ki, yuxusuzluq hormonal balansı pozur. Bu da LDL (pisi xolestrin) səviyyələrinin yüksəlməsinə və HDL (yaxşı xolestrin) səviyyələrinin azalmasına səbəb ola bilər.
Mənbə: musavat.com