İraq hökuməti qızların nikah yaşını iki dəfə azaldır

İraq hökuməti qızların nikah yaşını iki dəfə azaldır

İraqda kişilərin azyaşlı uşaqlarla evlənməsinə icazə veriləcək.

Xarici mediaya istinadən xəbər verilir ki, hökumət qızlar üçün evlilik yaşını 18-dən 9-a endirməyi planlaşdırır.

Mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti “şəxsi status qanunu”nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. Dəyişiklik qanuni nikah yaşını azaltmaqla yanaşı, qadınları boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da məhrum edəcək.

İraq parlamenti düzəlişləri səsverməyə çıxarmazdan əvvəl rəsmi şəkildə müzakirə edəcək.


Mənbə: unikal.az