BŞİH başçısı: "Budəfəki yağışla zəif yerlərimizi gördük"

BŞİH başçısı: "Budəfəki yağışla zəif yerlərimizi gördük"

"Budəfəki yağışla biz zəif yerlərimizi gördük".

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

O bildirib ki, kanalizasiya, su təchizatı sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansındadır. Bunun yaxşı təşkili ilk növbədə onların vəzifələridir.

"Tunellər isə "Azərtikinti" ASC-nin balansındadır. Amma buna baxmayaraq, BŞİH burada azı koordinator kimi çıxış edir. Biz özümüzü bu məsuliyyətdən kənarlaşdırmırıq. Biz bu qurumlarla əməkdaşlıq edirik. Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrar olunmasın. Artıq prokurorluqda iş açılıb. O hadisə baş verən tunel "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan tuneldir. Orada prokurorluq tərəfindən araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək", - deyə E.Əzizov əlavə edib.

Mənbə: oxu.az