Yol Polisi sistemində əsaslı kadr dəyişiklikləri nazirin ümumən polisin reytinqinə işləyən mühüm islahat layihəsi kimi...

Yol Polisi sistemində əsaslı kadr dəyişiklikləri nazirin ümumən polisin reytinqinə işləyən mühüm islahat layihəsi kimi...

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Son illər Azərbaycanda bir sıra sahələrdə islahatlar keçirilir. Bu islahatlar çoxşaxəli və sistemli xarakterlidir. Bir çox qurumun timsalında sözügedən dəyişikliklər özünü göstərir.

O da məlumdur ki, Yol Polisi hər zaman gündəmdə olan bir sahə olub. Cəmiyyətin ən çox danışdığı, medianın daha çox yazdığı sahələrdən biri də məhz Yol Polisidir. Bu sahədə islahatların aparılması ilə bağlı cəmiyyətdə gözləntilər var idi. Bu gözləntilər general-polkovnik Vilayət Eyvazov Daxili İşlər naziri təyin edildikdən sonra reallaşmağa başladı. Fakt ondan ibarətdir ki, yeni nazir bu sahədə xeyli dəyişikliyə imza atdı. İlk növbədə, Baş Dövlət Yol Polisi İdarəsində dəyişikliklər edildi. Ardınca Yol Polisinin geyimi, istirahət və iş rejimi dəyişdi. Sürücü-polis münasibətlərinə xələl gətirən hərəkətlərə qarşı çox sərt mübarizə başladı. Buna görə onlarla Yol Polisi əməkdaşı işdən və ya daxili işlər orqanlarından kənarlaşdırıldı. Bir neçə rayonda DYP rəisi dəyişdirildi, gənc kadlar irəli çəkildi.

Aparılan islahatlar nəticəsində 20 Yanvar dairəsi, "Koroğlu" metrostansiyasının ətrafı, daha çox sıxlıq müşahidə olunan küçələr, yollar, yolayrıcları, təhlükəli piyada keçidləri nəzarətə götürülüb. Nəticədə hərəkətin təhlükəsizliyi təmin edilib. Yəni aparılan islahatlar artıq müsbət nəticələrini göstərməkdədir. Bütün bunlar isə vətəndaş məmnunluğunun artırılmasına, yol qəzalarının sayının azalmasına, xidmətin daha da yüksəldilməsinə, cəmiyyətdə polisin nüfuzunun artırılmasına yönəlib.

Nəzərə almaq lazımdır ki, DYP sistemi insanların böyük hissəsinin ünsiyyətdə olduğu sahədir. DYP haqqında cəmiyyətin təsəvvürləri, ümumən, polisə ictimai münasibətin formalaşmasına təsir göstərir. Müşahidələr göstərir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun DYP sistemində apardığı islahatlar, ümumilikdə, cəmiyyətdə polisin imicinin yüksəlməsinə öz təsirini göstərir.

“Bu da cəmiyyətdə polisin imicini yüksəldib”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbə”lə bölüşən “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, DYP sistemində aparılan islahatlar cəmiyyətdə böyük maraqla izlənir: “Əvvəla Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar dövlət qurumlarına olan etimadı artırır. Bütün bunlar müsbət mənada DİN-ə də təsirsiz ötüşmür. Vilayət Eyvazov nazir təyin olunandan sonra uğurla islahatlara start verdi. Bunun nəticəsində əhalinin polisə olan etimadı yüksələn xətlə inkişaf edir. Bu həm də cinayətkarlıqla mübarizədə, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında və asayişin qorunmasında da özünü göstərir. Nəzərə almaq lazımdır ki, bayır xidmətində DYP əhali ilə daha çox təmasda olan bir qurumdur. Bütövlükdə, Yol Polisi haqqında ictimai fikir birmənalı deyil. Ancaq son zamanlar DYP sistemində həyata keçirilən islahatlar ictimai rəyin sağlamlaşmasına xidmət edir. Bu da öz bəhrəsini verir. Nəticədə bu sahədə aparılan islahatlar cəmiyyətdə polisin imicini yüksəldib. Bütün bunları görməmək mümkün deyil”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com