Murad Camalzadə: Müəllimlərə “Telegram” kanalına qoşulmağı tövsiyə edirəm

Yanvarın 13-dən Təhsil Nazirliyinin rəsmi "Telegram” kanalı (https://t.me/edugovaz) istifadəyə verilib.

Kanalda Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri üzrə həyata keçirilən layihələr barədə məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdir müavini Murad Camalzadə kanal barəsində bir sıra zəruri bilgiləri vurğulayıb:

1. Müvafiq sahə üzrə təhrif olunmuş və həqiqəti əks etdirməyən məlumatlar yayılır, təhsil ictimaiyyətində çaşqınlıq və narahatlıq yaradılır;

2. Dinamik inkişaf edən cəmiyyətimizdə sürətlə yenilən xəbər lenti arasında təhsillə bağlı məlumatlar nəzərdən yayınır.

Düşünürəm ki, yuxarıda qeyd olunan halların qarşısının alınmasında adıçəkilən Teleqram kanalı mühüm rol oynayacaqdır. Adıçəkilən kanal təhsil sahəsində çalışan, eləcə də bu sahə ilə maraqlanan insanlara müvafiq sahə üzrə məlumatları və yenilikləri mötəbər mənbədən çevik formada əldə etmək baxımından əhəmiyyət daşıyacaqdır.

Təhsil sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışan yoldaşlar üçün isə həmin kanal əvəzsiz məlumat mənbəyinə çevriləcəkdir.

Sadaladıqlarımı nəzərə alaraq, Təhsil Nazirliyinin Teleqram kanalına qoşulmağı hər kəsə tövsiyə edirəm.

Aztehsil.com

ƏVVƏLKİ XƏBƏR

Bağlı qapı arxasında qalan 6 uşaq xilas edilib

SONRAKI XƏBƏR

"Bavariya" və "Bayer" darmadağınla qələbə qazanıb