Deputatlığa namizəd 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Deputatlığa namizəd 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Binəqədi 10 saylı dairədən namizədliyini irəli sürmüş Könül İsmayılova 20 yanvar tarixində seçicilərlə görüşüb.

Deputatlığa xanım namizəd qəsəbə sakinləri ilə bir araya gəlib, onların problemlərini dinləyərək, həll edəcəyini bildirib.

Daha sonra namizəd K.İsmayılova Biləcəri qəsəbəsində yerləşən 20 yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış “Əsgər abidəsi”ni ziyarət edib. Xanım namizəd abidənin önünə gül qoyaraq 20 Yanvar şəhidlərini yad edib.

Abidəni ziyarət edərkən K.İsmayılova ilə birlikdə Binəqədi qəsəbə sakinləri də namizədin yanında olublar.

Deputatlığa namizəd K.İsmayılova bütün şəhidlərə Allahdan rəhmət diləyib!

Mənbə: moderator.az