Rusiyanın bu kəndi adı və qədim reseptlə hazırlanan çörəkləri ilə diqqət çəkir - VİDEO

Rusiyanın bu kəndi adı və qədim reseptlə hazırlanan çörəkləri ilə diqqət çəkir - VİDEO

Tatyana Rojkova 12 ildir Rusiyanın Çelyabinsk vilayətinin Şemaxa kəndində çörəkçi kimi çalışır. Kənddə 1963-cü ildən fəaliyyət göstərən çörəkxana odun sobası ilə işləyir, xəmir isə qədimdə nənələrin bişirdiyi reseptlə hazırlanır.

“Nastoyaşee vremya”ya danışan Tatyana Rojkova deyir ki, Şemaxa kəndinə gəlməmişdən əvvəl Verxniy Ufaley şəhərində yaşayıb. Qohumlarını ziyarət etməyə gələn gələcək həyat yoldaşı ilə bu şəhərdə tanış olub.

Nişanlısı tez-tez Tatyanaya çalışdığı çörəkxana barədə danışıb. Tatyanaya burada işləməyi təklif edən də gənc qız hansı çətinliklərlə qarşılaşacağından artıq məlumatlı olub.

Tatyana söyləyir ki, o zaman təhsilsiz idi:

“Çelyabinskdən gələn təlimçilər bizə çörəkçi-qənnadıçı kursları keçirdilər. Çörəkçi kimi üçüncü, qənnadıçı olaraq dördüncü dərəcəyə sahibəm. Kiçik də olsa, öyrəndiklərim var”.

Şemaxada yerləşən sözügedən çörəkxana kəndin görməli yeri hesab oluna bilər.

Hazırda Şemaxa kəndində uşaq bağçası, məktəb və çörəkxanadan başqa iş yeri yoxdur. Kənddə əyləncə yeri kimi bircə bar fəaliyyət göstərir. Bir zamanlar burada və ətraf kəndlərdə fəaliyyət göstərən klublar çoxdandır bağlanıb. Lakin Tatyana kənd həyatının bütün çətinliklərinə baxmayaraq, Şemaxedən köçmək fikrində deyil. Bildirir ki, çörəkçi işinə o qədər öyrəşib ki, artıq həyatını başqa cür təsəvvür edə bilmir.

Mənbə: www.oxu.az