Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda ara məsafəsinin saxlanmaması qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri kameraya düşüb.

Oxu.Az xəbər verir ki, hadisə dünən günorta saatlarında qeydə alınıb.

Qəza zamanı 90-TM-283 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil işıqforun qırmızı işığında dayanmış digər maşına çırpılıb.

Hadisə zərərçəkmiş avtomobildə yerləşdirilmiş kameraya düşüb.

Qəzaya ara məsafəsinin saxlanmaması səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev

Mənbə: www.oxu.az