Bakının işləməyən eskalatorları - VİDEO

Bakının işləməyən eskalatorları - VİDEO

Ölkə ərazisində müəyyən qədər yeraltı və yerüstü piyada keçidləri mövcud olsa da, təəssüf doğuran bir məqam odur ki, bu piyada keçidlərində quraşdırılan ekskalatorların əksəriyyəti gördüyünüz kimi işlək vəziyyətdə deyil.

Bu da xüsusən də yaşlı nəslin insanları üçün müəyyən problemlər yaradır.

Bu pillələri qalxıb enməkdə çətinlik çəkən yaşlı insanlar, öz həyatını təhlükəyə atıb, avtomobillərin intensiv hərəkət etdiyi yollardan keçmək məcburiyyətindədirlər.

Ekspertlər hesab edir ki, yerüstü keçidlərin mənsub olduğu aidiyyatı qurumlar nəzarəti ələ almalıdır.

Çünki, biganəlik kiminsə həyatı bahasına başa gəlir.

Məsələyə münasibət bildirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmtinin rəhbəri Anar Nəcəfli isə deyir ki, bu keçidlərdə quraşdırılan bəzi ekskalatorlar həqiqətən də sıradan çıxıb.

Təmiri mümkün olanlar qısa müddətdə işlək vəziyyətə gətirilir, mümkün olamayanlar isə detallı xaricdən sifariş verilib gətirilənə kimi uzun müddət gözləməli olurar.

 

Mənbə: www.realtv.az