Yevlaxda polisə bıçaqla müqavimət göstərən şəxsin məhkəməsi başlayır

Yevlaxda polisə bıçaqla müqavimət göstərən şəxsin məhkəməsi başlayır

Yevlaxda kultivasiya yolu ilə çətənə kolları yetişdirməkdə və polisə bıçaqla müqavimət göstərməkdə təqsirləndirilən Cəmil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin may ayının 30-da Yevlax Rayon Polis Şöbəsinə rayonun Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kollarının yetişdirilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin ərazi polis əməkdaşları tərəfindən müşahidəyə götürülüb.

Həmin gün gecə saat 1 radələrində çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə gələn Əcəmi kənd sakini C.Qurbanov saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Lakin polis əməkdaşlarının adekvat tədbirləri nəticəsində o, zərərsizləşdirilərək tutulub.

Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Mənbə: cebhe.info