“Mənə FETÖ-çü adı yapışdırmaq istəyirlər” – Mübariz Mənsimovdan ŞOK AÇIQLAMA

“Mənə FETÖ-çü adı yapışdırmaq istəyirlər” –     Mübariz Mənsimovdan ŞOK AÇIQLAMA

“Hamının bildiyi, sadəcə dilə gətirmədiyi ciddi faktdan danışacam: Azərbaycanda FETÖ terror təşkilatının ən güclü qolundan. Mən də bu barədə danışmaq istəmirdim, amma məcbur etdilər. Məcbur edənlər isə həmin saxta mollaların, FETÖ-nün uşaqlarıdır. Məni gah İŞİD terrorçuları ilə əlaqədə, gah da kürd neftini daşımaqda ittiham etdilər. Yalanları ifşa oldu. İndi də mənə FETÖ-çü adı yapışdırmaq istəyirlər. Təsəvvür edirsiniz, mən və terror təşkilatı olan FETÖ...”

Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov deyib.

M.Mənsimov deyib ki, bunu edən bəzi məmurlardır: “Əvvəla onu deyim ki, bu adamların bütün nəsilləri həmin FETÖ məktəbinin məzunlarıdır. Həmin məktəbin Türkiyədəki rəhbərləri və əməkdaşları FETÖ-yə mütəmadi pul göndərdiklərinə görə həbsə atıldılar. Bütün bunlar Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən sübuta yetirilib. Terrora dəstək verən bu işbazlar Türkiyədə bir neçə hakim, vəkil və yalançı şahidi pulla alaraq mənə FETÖ damğası vurmaq istəyirlər. Onlar özləri kimi korrupsioner məmurlarla işbirliyinə girib bu şərəfsiz yola çıxıblar. Deyirəm, bezmədiniz mənə qarşı davamlı olaraq ayrı-ayrı ölkələrdə dava açıb hər cür zərər verməyə?! Əxlaqsız və cinayətkar əməllərinizi başqasına yaxmaqla özünüzü təmizə cıxarmağa çalışırsız. Bu sizin köhnə peşənizdir. Amma, ay yazıqlar, unutmayın, bura Türkiyədir! Türkiyə hüquqi dövlətdir və burada məmur və ya hansısa cinayətkarın sözü ilə iş keçməz. Özünüzü aldatmayın, amma bundan sonra çalışın özünüzü qoruyun, FETÖ uşaqları. Siz qaşındız, yenə də siz başladınız. Kimsə deyə bilməz ki, mən 1 sent FETÖ-yə və “erməni soyqırımını” tanıyan o yalançı mollalara vermişəm. Mən iş adamıyam: Nə FETÖ-yə, nə də başqa cinayətkarlarla heç vaxt işim olmayıb. Bu şərəfsizlik damğasını mənə vura bilməzsiniz, çünki bütün işlərimi halallıqla, namusla gördüm. Puldan əvvəl namus və şərəf gəlir. Siz belə şeyləri bilməzsiniz, ay şərəflərini pula satanlar. Xəbərim var ki, vəkili də, prokuroru da pul verib ələ keçirmisiniz. Terrorçu olduğunuzu elə burada nümayiş etdirirsiniz. Çünki FETÖ-nün davamçılarısınız, üslubunuz da eynidir. Siz böhtan danışırsız, mən isə faktlar ortaya qoyacam. Adım Mübarizdir və mübarizəni sevirəm!”

Mənbə: pravda.az