Feyxoa haqda bilmədiklərimiz

Feyxoa haqda bilmədiklərimiz

Feyxoa - subtropik zonada yetişən ekzotik meyvədir.

Xeyirli və ziyanlı xüsusiyyətləri onun tərkib hissəsindən asılıdır. Onun azkalorili meyvə olduğuna baxmayaraq (təxmini olaraq 100 qr - 50 kkal) bu meyvəni çox yedikdə yodun normasının həddən artıq çoxalmasına gətirə bilər.

Feyxoanın faydası barədə:

Bu meyvə - təbii yodun mənbəyidir. Bu element, qalxanvari vəzin disfunksiyası halında ona çox yaxşı təsir göstərir. Dəmirin, feyxoanın tərkibində su ilə qatışıq halda olması, orqanizm tərəfindən çox yaxşı mənimsənilməsinin təmin edir.

Feyxoanın mineral tərkibi də çox zəngindir. Kalium, maqnezium, dəmir, fosfor və sink elementləri ilə zəngin olan bu meyvə, orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir.

Vitaminlərə gəldikdə, bu meyvədə insan orqanizmi üçün lazım olan bütün vitaminlər toplanmışdır. Xüsusi ilə C vitamini qeyd edildiyindən, bu meyvə, qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. Bu məhsulla immun sistemi möhkəmləndirmək mümkündür.

Meyvənin ətinin tərkibində pektin var, o,isə yüngül qarın işlətmə effektinə malikdir. Bu meyvənin həzm sisteminə də xoş təsir etməsindən xəbər verir. Qabığında isə aşılayıcı maddələr vardır. Onu qurudub, əzilmiş halda qarın işləməsi zamanı yeməkdən əvvəl yarım stəkan içmək lazımdır: 1 x/q qurudulmuş və əzilmiş feyxoa qabığına, 1 st. qaynar su əlavə etmək.

Meyvənin qabığı, katexin və antosian antioksidantları ilə zəngindir. Onlar orqanizmin cavanlaşmasına səbəb olmaqla bərabər, yeni əmələ gəlmiş şişlərin profilaktikası üçün yaxşı vasitə sayılır. Belə ki, feyxoanın qabığını təmizləmədən yeməyin xeyiri var.

Tərkibində efir yağları, dəmir və vitaminlərin olması, depressiya, əzginlik və güc azlığı kimi hallar üçün, onu əvəzedilməz vasitə edir.

Feyxoa həmçinin, qastrit, ateroskleroz, anemiya və vitamin çatışmazlığı hallarında kömək edə bilir.

Kimlər üçün ziyan ola bilər:

Təkibində yod çox olduğundan, hipertireozu olan insanlar üçün (qalxanvari vəzin funksiyası yüksək olan) təhlükəli ola bilər. Qalxanvari vəzinin hiperfunksiyasını ağırlaşmaması üçün , feyxoadan ümumiyyətlə imtina etmək məsləhətdir.

Yod normadan çox olduqda yüksək sinir gərginliyi, yorğunluq, ürəkdöyünmə və dəyişən hərarət kimi hallara gətirə bilir.

Bu məhsul həmçinin şəkər xəstələri üçün əks göstərişlidir. Buna səbəb meyvənin tərkibində saxarozanın çox olmasıdır. Tərkibində pektinin yüksək miqdarda olması, bu xüsusiyyəti tarzlaya bilməsi kimi, fikirlərin olmasına baxmayaraq, həkimlə məsləhətləşmək yaxşı olardı.

Nəzərə almaq lazımdır ki, feyxoa allergik reaksiyalara səbəb ola bilər. (Saglamolun.Az)

 

Mənbə: big.az